Rüstəm Əsədli · Rəqəmsal marketinq mütəxəssisi

Biznesiniz üçün nəticə gətirən rəqəmsal marketinq

Mən Rüstəm Əsədli. 5 ildir Meta, Google və TikTok-da bizneslər üçün reklam kampaniyaları və marketinq strategiyası qururam. Hər qərarı rəqəmlə yoxlayıram və nəticəni sizə aydın dildə izah edirəm.

5+ ilrəqəmsal marketinq təcrübəsi
Komanda rəhbəriagentlikdə rəqəmsal marketinq komandasını idarə edirəm
Sahibkar keçmişi4 il öz biznesimi idarə etmişəm, büdcənin dəyərini bilirəm

Portfolio

Əməkdaşlıq etdiyim şirkətlər

Bütün keyslər
Azeronline
Aztelekom
Respublika Diaqnostika Mərkəzi (RDM)
Log Academy
Edumax
Mitri
gubre.az
AISCO Aqrar İnnovasiya və Təchizat Şirkəti
BInsight
HR Engineering
Duomo
The Coacheng
Tortissimo Baku
Lokano

İş prosesi

Necə işləyirik

Tanışlıq zəngi

30 dəqiqəlik pulsuz zəngdə biznesinizi və məqsədinizi öyrənirəm.

Audit və plan

Hazırkı vəziyyəti təhlil edib konkret plan və büdcə təklif edirəm.

İşə başlama

Analitika, kampaniyalar və kontent planı hazırlanır, iş başlayır.

Ölçmə və inkişaf

Hər həftə rəqəmlərə baxıb optimallaşdırıram, ayda bir hesabat verirəm.

Suallar

Tez-tez verilən suallar

Rüstəm Əsədli kimdir?

Rüstəm Əsədli rəqəmsal marketinq mütəxəssisidir və Endovia agentliyində rəqəmsal marketinq rəhbəri kimi çalışır. 5 ildən artıq təcrübəsi marketinq strategiyası, SMM, SEO, Google, Meta və TikTok reklamları, həmçinin analitika sahələrini əhatə edir. Ətraflı tanış olun.

Hansı rəqəmsal marketinq xidmətlərini təklif edirsiniz?

SMM xidməti, SEO xidməti, Google reklam xidməti və rəqəmsal marketinq xidməti təklif edirəm. Sonuncu bütün kanalları bir strategiyada birləşdirir. Hər xidməti ayrıca və ya birlikdə seçmək olar.

Biznesim üçün hansı xidmət lazımdır: SMM, SEO, yoxsa Google reklamı?

Bu, məqsədinizdən və müştərilərinizin sizi necə axtardığından asılıdır. Məhsulunuz Google-da aktiv axtarılırsa, Google reklamı tez nəticə verir, SEO isə uzunmüddətli orqanik trafik qurur. Tanınırlıq yaratmaq və ya Instagram, WhatsApp üzərindən satış etmək istəyirsinizsə, SMM daha uyğundur. Bir neçə kanal birlikdə lazımdırsa, rəqəmsal marketinq xidməti ilə başlamaq məntiqlidir. Pulsuz konsultasiyada bunu birlikdə müəyyən edirik.

Kiçik bizneslə də işləyirsiniz?

Bəli. Kiçik büdcədə əsas məsələ düzgün kanal seçməkdir. Konsultasiyada hansı kanalın sizin üçün işləyəcəyini birlikdə müəyyən edirik.

Xidmət qiymətləri necə müəyyən olunur?

Qiymət xidmətin növündən, kanalların sayından və işin həcmindən asılıdır. Reklam büdcəsi xidmət haqqına daxil deyil, birbaşa reklam platformasına ödənilir. Konsultasiyadan sonra konkret təklif göndərirəm.

Reklam hesabları kimin adına olur?

Bütün reklam və analitika hesabları sizin adınıza açılır. Əməkdaşlıq bitəndə də hər şey sizdə qalır.

Biznesiniz üçün hansı kanal işləyər?

30 dəqiqəlik pulsuz zəngdə hazırkı vəziyyətə baxaq və ilk addımları birlikdə müəyyən edək.

Zəng təyin et